Müğənni Yeganə Mürsəlova məşhur "Taleyim" mahnısından danışıb.
Sabahinfo.az xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında həmin mahnı ilə "Səbuhi records" şirkətindən kifayət qədər pul qazandığını və həyatının dəyişdiyini deyib.
"Talehim" mahnısını oxuyandan sonra özümə mənzil yox, mənzillər, avtomobillər almışam. Bu yaxınlarda "Taleyim" mahnısını bir məclisdə ifa etdim. Bu nəğməni 22 il əvvəl oxumağıma baxmayaraq, hələ də ifa etməyimi istəyirlər. Adımı bilən yoxdur. Elə "Taleyim" adı ilə çağırırlar".
Qeyd edək ki, Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəli olub. Daha sonra cütlük boşanıb. Onların Ömər adlı oğlu var.