İran prezidenti Həsən Ruhani postsovet ölkələrinə turnesi çərçivəsində dekabrın 21-də Ermənistanda gedəcək.
sabahinfo.az-ın xəbər verir ki, bu haqda İran KİV-ləri Prezident Administrasiyasının mətbuat katibi Pərviz İsmailə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ruhani Yerevana bigünlük səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli əməkdaşlıq məsələsini müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq bəyannaməsi imzalanacaq, eləcə də iki ölkənin biznes dairələri nümayəndələrinin ticaerət əlaqələrinin genişləndirilməsi persprektivinə baxılacaq.
İran prezidenti Yerevandan Qazaxıstan və Qırğızıstana yollanacaq.