Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnim News" xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb. Mitinqlərə minlərlə tələbə, şagird və əhali qatılıb.
Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürdükdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.
İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.