İranın rabitə naziri Azərbaycana gəlir

"Bu gün Bakıya İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edir".

Sabahinfo.Az xəbər verir ki, bu barədəTrend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Səfər dekabrın 29-dək davam edəcək.

Səfər çərçivəsində iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və rəsmi şəxslərlə görüşlər keçiriləcək.

İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da səfər edəcək və burada bir sıra tədbirlərdə iştirak edəcək.