İrəvanda ara qarışır: "Siyasi məhbuslara azadlıq!" - FOTO

Dünən Yerevanda siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçirilib.

sabahinfo.az  virtualaz.org-a istinadən bildirir ki, mitinq Ermənistan müxalifətinin bir müddət əvvəl uydurma və siyasi motivli ittihamlarla həbs edilmiş lideri Jirayr Sefilyanın ad gününə həsr olunub (Sefilyan 1967-ci il iyulun 10-da Livanın paytaxtı Beyrutda anadan olub-red.).

Mitinqdə çıxış edənlər Sarkisyan hakimiyyətinin apardığı siyasəti kəskin tənqid edərək, beynəlxalq ictimaiyyəti Ermənistanda insanların fundamental haqlarının davamlı, ardıcıl və metodiki şəkildə pozulmasına qarşı adekvat reaksiya verməyə çağırıblar.

İrəvanda ara qarışır: "Siyasi məhbuslara azadlıq!" - FOTO