Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn olundu - YENİLƏNİB

Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində vida mərasimi keçirilib.

Sabahinfo.az bildirir ki, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

 

***11:58

Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rövşən Məcid oğlu Əliyevin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.

Sabahinfo.az bildirir ki, şəhidlə vida mərasimi Xırdalanda keçirilir.

Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.