Birinci vitse-prezidentin köməkçisi: “Azərbaycan Cənubi Qafqazda sülhə yol açan reallıq yaradıb”

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.

Sabahinfo.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur.

“Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir”, - E.Əmirbəyov deyib.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, regionun inkişafı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarında əksini tapan məsələlərin yerinə yetirilməsindən keçir. “Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir”, - deyə o qeyd edib.(trend)