Sevarsson avtoqol nəticəsində hesabı bərabərləşdirdi.
Macarıstan və İslandiya yığmalarının futbolçuları Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinin matçında heç-heçə oynayıblar.
sabahinfo.az oxu.az-a istinadən xəbər verir ki, F qrupunun ikinci turunun görüşü 1:1 hesabı ilə başa çatıb.
Hesabı İslandiya yığmasının oyunçusu Qilfi Siqurdsson 40-cı dəqiqədə penaltidən qol vurmaqla açıb. Elə həmin komandanın futbolçusu Birkir Sevarssonun 88-ci dəqiqədə vurduğu avtoqol nəticəsində hesab bərabərləşib.