05 oktyabr 2016-cı il tarixdə Bolqarıstanda keçirilən Qol güləşi üzrə 38-ci dünya çempionatında İsmayıllıdan olan idmançımız Şahlarlı Toğrul dörddə bir finalda erməni idmançısına qalib gələrək yarımfinalda iştirakını təmin etmişdir. Yarımfinalda bürünc medala layiq görülərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlmişdir. Şahlarlı Toğrul idmançıları üzərində böyük səylə çalışan, onların uğurlarına özlərindən çox sevinən müəllimi Vüsal Qəzənfərovun ümidlərini doğrulmuşdur. Onu da qeyd edək ki, bu Şahlarlı Toğrulun ilk qələbəsi deyil. O Bir dəfə dünya və bir dəfə Avropa çempionu adına layiq görülmüşdür.