İspaniya yığması Çexiyaya qalib gəldi

Qarşılaşmada yeganə qolu Jerar Pike vurub.

Futbol üzrə Avropa çempionatında D qrupunun növbəti oyunu keçirilib.

sabahinfo.az xəbər verir ki, Tuluzanın "Munisipal” stadionunda İspaniya yığması Çexiya ilə qarşılaşıb.

Matç Pireney təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 87-ci dəqiqədə Jerar Pike vurub. 

Xatırladaq ki, bu qrupun ilk oyununda Türkiyə millisi eyni hesabla Xorvatiyaya məğlub olmuşdu