Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib. Televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.
ELNARƏ HƏZİYEVA