“Biz bütün planlarımızı reallaşdıracayıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmasını, Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. Ölkə başçısı əminliklə bildirdi ki, Azərbaycan qarşına qoyduğu bütün planları reallaşdıracaq.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Cənab İlham Əliyevin belə bir çıxışın yeni seçilmiş millət vəkilləri qarşınızda edilməsinin vacib əhəmiyyəti var.

“İlham Əliyev öz çıxışında bildirdi ki, yeni parlament qalib Azərbaycan cəmiyyətinin üzvləridir. Bəli Azərbaycan çox qısa zaman kəsiyində öz suveren ərazilərini bərpa etdi’- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomaterialda: