Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm.
Sabahinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumata görə Sizə təşəkkür edirəm”, - o deyib.