Jurnalistin adı “qara siyahı”dan çıxarıldı

Ukrayna vətəndaşı, teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-dən Sabahinfo.az-a daxil olan məlumata görə, Nadia Baziv müraciətində Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirərək gələcəkdə ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini qeyd edib.
Habelə, sözügedən şəxs gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.