Türkiyənin I dəstəsində XXXII turun oyunları keçirir.
ANS
PRESS-in məlumatına görə, Kamran Ağayevin məxsus olduğu "Kayserispor"
klubu Cavid İmamverdiyevin sabiq komandası "Elazığspor"un qonağı olub.
Kamran
zədəli olduğu üçün yenə "18-liy"ə salınmayıb. Amma onun qapı xəttindəki
rəqibi olan Kayacan Ərdoğan ardıcıl 4-cü oyunda da qoruduğu
"çərçivə"dən top buraxmayıb. Belə ki, "Kayserispor" 3:0 hesabı ilə qalib
gəlib.
Qeyd edək ki, ardıcıl 3 qolsuz heç-heçədən
sonra qələbə qazanan "Kayserispor" xalını 66-ya yüksəldib. Superliqada
çıxış edəcəyi 1 tur əvvəldən bilinən Kamran Ağayevin komandasının bu
qələbədən sonra aşağı dəstənin çempionu olduğu da rəsmiləşib.