Keçmiş deputatdan aztəminatlı ailələrə dəstək

Keçmiş millət vəkili Mirzəcan Xəlilov koronavirus pandemiyası dövründə yeni təşəbbüs ilə cıxış edib.

Modern.az xəbər verir ki, Mirzəcan Xəlilov özünün doğulub boya-başa çatdığı Sabirabad rayonunun Kovlar kəndində yaşayan 170 aztəminatlı ailəyə  un və gündəlik təlabat malları  paylayıb. O qeyd edib ki,  karantin dövrü bitənədək bu ailələr nəzarətdə saxlanacaqlar    .

 

Mirzəcan Xəlilov onu da bildirib ki rayon yerlərində kəndlilərin ilin bu vaxtında ərzaq və məhsul ehtiyatları azalır. Ilin quraqlı keçməsi fermerlərin işlərini xeyli çətinləşdirib. Otlaq sahələri vaxtından qabaq bozarmış, çaylarda suyun səviyyəsi aşağı düşüb. Hazırda kənd təssərüfatı işlərinin qızğın çağıdır. Ərzaq təhlükəsizliyini təmin etmək üçün məhsul bolluğunu yaratmaq fermerlərin üzərinə düşür.

 

Kecən il pambıqçılıqda uğurlu nəticələr əldə etmişdik. Bu nəticələri qoruyub saxlamaq üçün indidən çalışan kənd zəhmətkeşləri çiyid səpini və başqa kənd təssərüfatı məhsullarının əkininə başlamalıdır. Bu cətin gündə fermerlərə dəstək olmaq, sosial məsafə saxlamaqla onlara şərait yaradılmalıdır. El obanın köməyinə çatmaq, onların qayğısına qalmaq çox vacibdir. Bütün bunları nəzərə alaraq sahibkarlara və imkanlı şəxslərə bu təşəbbüsü öz reqionlarında  həyata keçirməyə  çağırış edib.