Şahin Diniyevin yetirmələri rəqib qapısına yol tapa bilməyiblər.
Gəncənin "Kəpəz” komandası Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya” klubu ilə qarşılaşıb.
sabahinfo.az xəbər verir ki, Bakıda "Dalğa Arena”da keçirilən oyun qolsuz bərabərlik ilə yekunlaşıb.
Qeyd edək ki, matç zamanı "Daçiya” klubunun futbolçularına göstərişi baş məşqçi Oleq Bejenar deyil, klub prezidenti Adlan Şişxanov verib.
Komandaların cavab görüşü iyulun 7-də olacaq.