Kikboksçumuzdan 28 may qələbəsi - Foto

Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə qələbə qazanıb.

 

Təşkilatçısı "A1 World Combat Cup” olan beynəlxalq turnirdəki qələbəsi barədə Axar.az-a danışan Xəyal Əhmədov onna dəstək verən hər kəsə təşəkkür edib: 

 

"Hamımız bilirik ki, 28 May xalqımız üçün önəmli gündür. Ona görə də qələbə həyəcanı ilə döyüşürdüm. Qələbəmi Respublika gününə həsr edirəm. Vətənimlə qürur duyuram. Bu gün hər bir idmançı bilir ki, onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi idmana öz dəstəyini daima göstərir. Şəxsən AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər”.

 

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.sabahinfo.az