Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raket sınağı
keçirib.ANS PRESS-in məlumatına görə, xəbəri Koreya Mərkəzi teleqraf
agentliyi yayıb.Məlumatda qeyd edilir ki, yeni raket sualtı qayıqdan
buraxılıb və Kim Çen Inın şəxsi təklifi ilə hazırlanıb."Ballistik
raketin su altından işə salınması dünyanın süni peykinin işə salınması
qədər vacib önəm daşıyır”- deyə KXDR başçısı Kim Çen In bildirib. O,
əlavə edib ki, raket istənilən sularda düşmən hədəfini vura bilər.Eləcə
də Kim Çen In Koreya əmək partiyası Mərkəzi Komitəsi adından bu
hədiyyəyə görə bütün məmurlara, alimlərə, texnik və işçilərə
minnətdarlığını bildirib.Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın
yeni ballistik raket hazırlaması barədə xəbərlər yayılmışdı.