Azərbaycan çempionatında fasilə yaranan kimi, klublar transfer çalışmalarına start veriblər. Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqası təmsilçiləri öncə heyətlərində "təmizləmə işləri" aparmaqla məşğuldular.
Qış fasiləsi yaranmamış 5 əcnəbi oyunçu ilə yollarını ayıran "Neftçi" ilk günlərdən xüsusi fəallığı ilə seçilir. Artıq 8 futbolçusunu yola salan bakılılar hələlik 2 transferlə qış dönəminin ən fəal komandasıdı.
"Qarabağ"
Gələn: Elşən Abdullayev ("Neftçi")
Gedən: Namiq Ələsgərov ("Neftçi")
Müqavilə müddətini artıran: Yoxdu
"Qəbələ"
Gələn: Araz Abdullayev ("Neftçi")
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı
"İnter"
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
"Sumqayıt"
Gələn: Yoxdu
Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov
Müqavilə müddətini artıran: Yoxdu
"Zirə"
Gələn: Ayxan Abbasov (baş məşqçi)
Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev ("Şəmkir")
Müqavilə müddətini artıran: Yoxdu
"Kəpəz"
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
"Neftçi"
Gələnlər: Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veria", Yunanıstan), Zdenek Folprext ("Slovan", Çexiya: icarəyə)
Gedənlər: Eltun Yaqublu ("Səbail": icarəyə), Elşən Abdullayev ("Qarabağ"), Araz Abdullayev ("Qəbələ"), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov
Müqavilə müddətini artıran: Boban Baykoviç
AZAL
Gələn: Yoxdu
Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov
Müqavilə müddətini artıran: Yoxdu
Qeyd: UEFA tərəfindən "İnter"ə transfer qadağası qoyulduğundan, "bankirlər" heyətlərinə yeni oyunçu cəlb edə bilməzlər.