E-News.Azxəbər verir ki, Kobra70 kq çəki dərəcəsində mərakeşli Aziz Kallahla döyüşəcək. Pərviz Abdullayev mətbuat konfransında döyüş barəsində açıqlama verib:
"Bu, peşəkar kikboksinqin ən yüksək turniridir. Burada iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və "Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram. Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda, çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan”.
Kikboksçunun şəxsi məşqçisi Mehman Umudov da yetirməsinin qalib gələcəyinə inam ifadə edib: "Bu arzumuz idi. Hamı tələbəsinin bu yarışda iştirakını istəyir. İnşallah, gələcəkdə digər tələbələrimiz də Pərvizin ardınca bu yarışa yollanacaq. Rəqibi izləmişik, ona qarşı lazımınca hazırlaşmışıq. Abdullayev tam hazırdır”.
Onu da qeyd edək ki, "Kobra” ləqəbli Pərviz Abdullayev hal-hazırda hazırlıqları Hollandiyanın "Super Pro” klubunda Dennis Krauwelin rəhbərliyi ilə davam etdirir. Kobra məşqlərinə ən ağır çəkidə 2 qat Dünya çempionu Rico Verhoeven Glory və K1 max Dünya çempionu Albert Kraus ilə ciddi hazırlaşır. 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gələn Pərviz Abdullayev demək olar ki, yarışa tam hazırdır.