Koçaryan Rusiyadan necə asılı olduqlarından danışdı

"Rusiya Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrini gücləndirəcək”. sabahinfo.az-ın məlumatına görə, bu sözləri xarici işlərinin nazir müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib.

Koçaryan deyib ki, Ermənistanın HHM qüvvələri hazırda istənilən imkanlara malik deyil.

"Rusiya ilə birlikdə artıq qüvvələrin gücləndirilməsini qarşıya məqsəd qoymuşuq. Rusiyanın elə texnikası var ki, onlardan Ermənistanda yoxdur”.

Ermənistan rəsmisi analoji müqavilələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüdudları daxilinə aiddir. Koçaryan bildirib ki, qüvvələr tamamilə Rusiyanın nəzarətinə keçmir. "Komandanlıq həmişə Ermənistan tərəfinin əlində qalır".

Şavarş Koçaryan  - Ermənistanın xarici işlər nazirinin müavini
Şavarş Koçaryan - Ermənistanın xarici işlər nazirinin müavini

Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirilməsi barədə müqavilə ötən ilin dekabr ayında imzalanıb. 
Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan  imzalanıb. 

Hal-hazırda Rusiya Qırğızıstan və Tacikistanla Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ətrafında işlər aparır. Qazaxıstanla isə oxşar müqavilə 2013-cü ildə imzalanəb. Artıq Belarus və Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri də birləşdirilib.