Bir müddətdir onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyeva uzun fasilədən sonra canlı yayımda qonaq olub.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı "5/5” verilişinə qatılıb.
"Ülvi duyğular toxunulmazdır. Bu gün o gözəl duyğulara çatdım” deyərək, xanəndə göz yaşlarını saxlaya bilməyib.
Xasıyeva deyib ki, 3 ildir efirdən uzaq qaldığını və darıxdığını söyləyib:
"3 ildir efirdən uzağam. Heç kim mənim qəlbimə dəyməyib, inciyən xanəndə deyiləm. Hamının qəlbində saray tikməyə çalışmışam. 2000-ci ildən zəlzələdən stress keçirdim. Qorxudan xəstələndim. Müalicələrlə yaşayırdım. Sonra övladım xəstələndi və hər şeyi dayandırdım. Bütün fikrim övladıma getdi”.