Latviya prezidenti BMT-də Qarabağdan danışdı

Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.

 

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumatına görə, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edərkən bəyan edib.

 

"Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır", deyə R.Veyonis vurğulayıb.

 

Onun sözlərinə görə, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.