Yayın qızmar günündə özü başda olmaqla bir qurup idmançı, jurnalist, qazı və tanınmış ictimayyət nümayəndəsi ilə Bakıdan Füzuliyə yol aldıq. Millət vəkili Adil Əliyevin rəhbərliyi altında həyata keçirilən bu tədbirdə əsas məqsədimiz cəbhəbölgəsində yaşayan soydaşlarımız arasında milli vətənpərvərlik hissinin yüksəldilməsi idi. Bu məqsədlə maşın karvanımız ilk öncə Füzuli rayonunun Alxanlı kəndində düşmən gülləsinə tuş gələn kiçik Zəhra və onun nənəsinin məzarı önündə dayandı. Tədbirdə çıxış edən millət vəkili Adil Əliyev Zəhraya açılan atəşin düşmənin işi üzünü göstərdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda prezident İlham Əliyev tərəfindən həyata keçirilən işlər düşməndə qıcıq yaradıb: "Bugün Azərbaycan beynəlxaq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə dünyanın əksər ölkələrindən gələn insanlar qatılır. Biz bu tədbirlərlə onlara düşmənin nə qədər azğın olduğu barəsində məlumat veririk. Şəhidlər Xiyabanına aparırıq. Bu üsulla təbliğat həyata keçirilir və artıq dünya ictimayyəti ermənilərin nə qədər amansiz və terrorist xalq olduğunu bilir. Azərbaycan tərəfindən həyata keçirilən bu tədbirlər düşməndə qıcıq yaradıb. Onlar bu təbliğata cavab verə bilmirlər. Buna görə də, həm özləri həm də beynəlxalq havadarları işə qarışıblar”.
A.Əliyev Azərbaycanda xalq-ordu birliyinin formalaşdığını bildirdi.
Qeyd etdi ki, bu birlik işğal altında olan torpaqlarımızın azad olması üçün
mühüm faktordur: "Ermənistan rinqdə çətin rəqibə bənzəyir. Onunla dil tapmaq
mümkün deyil. Atəşkəs elan olunsa da günahsız insanlar həlak olur. Belə bir həssas
məqamda bizə birlik lazımdır. Bugün sapı özümüzdən olan baltalar qarayaxma
kompaniyası həyata keçirir. Bu kompaniyalara ən gözəl cavab xalq-ordu
birliyidir ki, artıq bu birlik formalaşıb. Azərbaycan xalqı ordumuza güvənir,
inanır. Biz bu ordu ilə Aprel zəfərindən də daha şanlı zəfərlərə imza atacayıq”.
Sonra kiçik Zəhra və nənəsinin məzarı önündə tər gül dəstələri
düzüldü. Daha sonra Füzuli rayonunun icra hakimiyyətinin başçısı Alı Alıyevin də
iştirakı ilə aprel şəhidlərinin şərəfinə ucaldılan abidə ziyarət olundu.
Daha sonra N saylı hərbi hissədə millət vəkili Adil Əliyevin ideya müəllifi
olduğu "Mən görüşə gedirəm” filminin təqdimatı keçirildi. Qeyd edək ki, sənədli film Aprel
döyüşlərinin qəhrəman oğullardan Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri,
ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən şəhid Orxan
Həmidovun döyüş yolu haqqında çəkilib”. Tədbirdə çıxış edən millət vəkili
Adil Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən işlərdən
danışdı. Bildirdi ki, milli vətənpərvərlik ruhunun təbliği ilə bağlı Azərbaycanda
sistemli iş aparılır. Bu işə millət vəkilləri də qoşulub. Onun sözlərinə görə,
bugün Azərbaycan ordusu dünyanın inkişaf etmiş orduları sırasına daxil olub. Bu
özünü həm ordumuzun nizami ordu kimi formalaşmasında, həm maddi texniki bazanın
həm də şəxsi heyyətin formalaşmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən şəhid gizir Orxan Həmidovun anası Tamella xanım
belə bir filmin çəkilişi üçün Adil Əliyevə təşəkkür etdi. Daha sonra filmin təqdimatı
həyata keçirildi. Filmin təqdimatından sonra millət vəkili Adil Əliyev qulluqda
fərqlənən şəxsi heyyətə mükafatlar verdi.
Günün ikinci yarısında filimin təqdimatı Füzuli rayon Teatr Evində
reallaşdırıldı. Tədbirdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı
Alı Alıyev Adil Əliyevin təşəbbüsünü yüksək dəyərləndirdi. Bu kimi filimlərin çəkilməsinin
vacibliyini qeyd etdi.
Ədil Ədilzadə
Bakı-Füzuli-Bakı