Lənkəranski sağdır - Xəbər təsdiqləndi - Yenilənib

İstanbul Şişli Etfal Xəstəxanasından əməkdaşımıza bildirilib ki, Rövşən Canıyev hazırda reanimasiya şöbəsindədir.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

****

Yerli KİV-lərdə Rövşən Lənkəranskinin dünyasını dəyişməsi, nəşinin vətənə gətiriləcəyi haqda xəbərlər yayılsa da İstanbul Şişli Etfal Xəstəxanasından bu məlumatlar təkzib edilib.

Hazırda Lənkəranskinin sağ olması, ya da ölməsi haqda müxtəlif informasiyalar yayılır. İstanbul Şişli Etfal Xəstəxanasından bir neçə dəqiqə öncə əməkdaşımıza bildirilib ki, Rövşən Lənkəranski ölməyib, vəziyyəti ağırdır.

Yayılan digər məlumata görə, Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək.

Məlumatların bir-birinin ardınca təkzib olunması müəmmalı vəziyyət yaradıb.

***

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.

Bu barədəAzVision.az-a İstanbulda yerləşən Şişli Etfal Xəstəxanasından bildirilib.

Məlumata görə, Rövşən Lənkəranski sağdır. Xəstəxanadan bildirilib ki, Lənkəranski reanimasiya şöbəsinə yerləşdirilib.

Əlavə məlumat verilməyib.

Qeyd edək ki, İstanbulda Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Yerli KİV-də hadisə nəticəsində Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.