Mafiya başçısının məhkəməsi başlayır

İtaliyanın paytaxtı Roma şəhərində korrupsiyoner şəbəkəyə qarşı məhkəmə prosesi davam edir.

AzVision.az İtaliya KİV-lərinə istinadən bildirir ki, korrupsiya şəbəkələrinə qarşı məhkəmə prosesləri 20 ilə yaxındır ki, davam edir. Əməlləri milyonlarla avro dəyərində ölçülən bu şəbəkəyə həm siyasətçi, həm də biznesmenlərin daxil olduğu deyilir.

Həmin korrpusioner şəbəkənin 46 dəlil üzrə məhkəmə qarşısında cavab verəcəyi deyilir.

Bütün bu kriminal sxemin başında həbsdə olan mafiya başçısı Massimo Karminatinin durduğu bildirilir. Təhlükəsizlik tədbirlərindən dolayı o, məhkəmə prosesinə həbsxanadan kamera vasitəsilə qoşulacaq.

Həbsdə olan mafiya rəhbəri Massimo Karminatinin qətllər və ekstremist milliyyətçi qrupları dəstəkləməklə bağlı ittihamlara da cavab verəciyi gözlənilir.