Əfsanəvi futbolçu Dieqo Maradona "Barselona"nın hücumçusu Lionel Messiyə FİFA tərəfindən verilən 4 oyunluq cəzanın azaldılmasını istəyir.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Argentinamətbuatına açıqlamasında Maradona özü məlumat verib. O, Messiyə verilən cəzanı düzgün hesab etmədiyini və bunagörə FİFA prezidenti Canni İnfantino ilə danışacağını deyib:
"İnfantino ila bu barədə danışacam. Dörd oyunluq cəza çoxdur. Messinin FİFA-ya yolladığı məktubda yazdığı sözlər də önəmlidir. Məncə, bu, vəziyyəti dəyişə bilər".
Qeyd edək ki, Messi DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzalandırılıb