İnternet məsələləri üzrə İkinci Ümumdünya konfransı zamanı Rusiyanın baş naziri Dmitri Medvedev və "Alibaba Group”un yaradıcısı Cek Maya "Fibrum” virtual reallıq dəbilqəsinin sahibi olublar.
Mərasimdən sonra Dmitri Medvedevə Rusiyanın "Fibrum” şirkətinin tərtibatı olan virtual reallıq dəbilqəsi hədiyyə edilib.
Dəbilqəni "Fibrum” şirkətinin baş direktoru İlya Flaks şəxsən baş nazirə verib. "Fibrum Pro” - Rusiya tərtibatçılarının istehsalı olan virtual reallıq dəbilqəsidir.
Qeyd edək ki, Rusiyanın "Skolkovo” Fondu "AliExpress” şirkəti ilə birgə "AliExpress Challenge” layihəsi çərçivəsində elan olunan bu dəbilqənin qalibi elan olunublar. Artıq Çin internet nəhənginin dəstəyi ilə "Fibrum” işıq üzü görəcək və Rusiya bazarına çıxacaq.
Cihazın qiyməti 6 min rubl (90 manat) təşkil edəcək. Cihazı "AliExpress” onlayn mağazalarından əldə etmək mümkündür.