Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban ƏliyevaRamazan bayramı münasibətiləAzərbaycan xalqına təbrik ünvanlayıb.

Sabahinfo.az-ın məlumatına görə, sosial şəbəkədəki paylaşımda qeyd olunub:

"Əziz həmvətənlər,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin".