Musa Rəhimov
Cansız bir vücudla ölmüş bir ruh arasında nə fərq varki?
Bu şəhər çoxdan ölmüş. öldürmüş bütün rəngarəng varlıqlarını cisimlərini yandırmış kül etmiş. Heçnə görə bilmirəm hər yer qapqara zülmətdir.Divarlarında yazılan cümlələr oxunmaz halda cümlələr yarım qalmış….
Hiss edə bilmirəm küləyini yağışını qarını söndürə bilmir içimdə başlayan ürəyimdəki o sönməz alovları..
Eşidə bilmirəm hecnə sadəcə vuran ürək döyüntüləri köc edən quş sürülərinin qanad çırpıntıları və birdə lap uzaqlarda ayaq səsləri yaxınlaşan uzaqlaşan tərrəddüd dolu qorxan bu viranə şəhərdən olmayan işıq….
Tanrı mələklərini alıb aparmış çoxdan lap çoxdan bu şəhərdən göy üzünü tutmuş qanadları günəşə həsrət aydan bixəbər qoymuş. Bəndələrinin əli dəyən toxunduğu hərşeyi viran etmiş indi xarabalıqdı bu şəhər….
Toxunmaq istədiyim hər şey bir anda siyah kəpənəklərə çevrilər ömrü bir gün olan..
Su desən gülərəm burda qan içirik damarımızda axan o kirli tutqun…Yemək desən qusaram tupurərəm yalan yeyirik tövbə etdiyimiz andları günahlarımızı….
Indi tək mən varam ruhum gəzir toxunur yeyir içir bu qaranlığı. Birdə tanrının sevimli mələyi qorxduğumuz Nifrətimiz hərşeyi ondan bildiyimiz əzrail əfəndi dolaşır arxamca.Qaçmaq ücün bir gücüm müqavimət göstərəcək taqətim yox.. Indi seyr edirəm əlində çırpınan paramparça qəlbimi. Hiss edirəm onu sevdiyimi.Hiss edirəm səmaya qalxdığımı duyuram cəhənnəm qoxusunu hiss edirəm qovuşduğumu.
Tanrı məni gözləyir