Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş 5 hərbi qulluqçudan biri Ağdam rayonundandır.
E.Abdullayev deyib ki, şəhidin meyiti təmas xəttindəki neytral zonada qalıb:
"Şəhid 16 iyun 1988-ci il təvəllüdlü Qədimov Zülfü Rəhim oğludur. O, müddətdən artıq hərbi xidmətdə olub. Ağdam rayonun Mərzili kənd sakinidir. Məcburi köçkün kimi Beyləqan şəhərində məskunlaşıblar”.
Qurum rəsmisi eyni zamanda bildirib ki, hazırda Ağdam vəziyyət stabildir, hər kəs öz təsərrüfatında çalışır, bütün məktəblər işləyir:
"Gecə saatlarında da atışma olmayıb. Bundan başqa, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölgələrimizi atəşə tutması nəticəsində mülki əhalidən rayonda xəsarət alanlar yoxdur”.