Milli komandamız Çexiya yığması ilə qarşılaşır - YENİLƏNİR

Bu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında III turun növbəti oyunları keçirilir. sabahinfo.az saytı xəbər verir ki, Azərbaycan millisi də DÇ-2018-in seçmə mərhələsində 3-cü matçına çıxıb. UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Ostrava şəhərində Çexiya ilə qarşılaşır.  Millimizin yer aldığı qrupda Almaniya Şimali İrlandiyanı, Norveç isə San Marinonu qəbul edir.

Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum nəticə göstərən millimiz səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönmək üçün çalışacaq.

Qeyd edək ki, yığma komandamız indiyədək cəmi bir dəfə Çexiya ilə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.