Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

 

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov gündəliyi elan edib.

 

Gündəliyə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfi daxildir.

 

Üç davam edəcək müzakirələrdə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlara, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq.

 

İcılasda bas nazir Artur Rasizadə və hökumət üzvləri də iştirak edirlər.