Bu gün Milli Məclisin deputatı Sabir Hacıyev MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində Moldovada keçirilən prezident seçkilərini izləyir.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Hacıyev paytaxt Kişinyovda paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyir.
Deputat vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.