Milli Məclisin növbəti iki iclasının gündəliyi açıqlandı - SİYAHI

Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyi müəyyənləşib.

Sabahinfo.az-ın məlumatına görə, hər iki iclasın gündəliyinə ümumilikdə 58 məsələ daxildir. İclasın gündəliyindəki əsas məsələlər aşağıdakılardır:

1. ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda;

2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsi II oxunuşda;

3. "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi II oxunuşda;

4. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi II oxunuşda;

5. Milli Məclisin 2019-cu il üçün xərclər smetası;

6. Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası;

7. "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda;

8. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi III oxunuşda;

9. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi III oxunuşda;

10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna dəyişiklik;

11. "Dərman vasitələri haqqında" qanuna dəyişiklik;

12. "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik;

13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik;

14. "Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

15. "Dövlət borcu haqqında” qanuna dəyişiklik;

16. "Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

17. "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik;

18. "Sosial sığorta haqqında” qanuna dəyişiklik;

19. "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik;

20. "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

21. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

22. Mənzil Məcəlləsinə dəyişiklik;

23. Vergi Məcəlləsinə dəyişiklik.