Milli Qolf Klubunda “Wyder Cup” 2016 qolf turniri keçirilib – FOTO

Quba şəhərində yerləşən Milli Qolf Klubunda bu idman növünü sevənlərin qolf mövsümü davam edir.

sabahinfo.Az xəbər verir ki, 24-25 sentyabrda Milli Qolf Klubunda "Wyder Cup” 2016 turniri təşkil edilib. Yarış İngiltərədə keçirilən və dünyanın ən reytinqli turnirlərindən biri olan "Wyder Cup”-ın başlanmasına həsr olunub.

Bu il "Wyder Cup” Azərbaycanda yaşayan həvəskar qolfçu Nik Horun təşkilatçılığı və Milli Qolf Klubunun dəstəyi ilə keçirilib.

Turnirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eləcə də, ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etməkdir.

Milli Qolf Klubunun heyəti, təşkilatçıların turnir üçün məhz Milli Qolf Klubunu seçmələrini yüksək qiymətləndirib.

Turnirin qalibləri adına Stiv Parks, Devid Kavanax, Riçard Boli, Ben Stansbori, Stefan Çapmen, Nik Hor, Li Henderson, Bryan Tomas, Dan Levis və Con Kuin layiq görülüblər.

İki günlük yarışın qalibləri "Wyder” kuboku və digər maraqlı hədiyyələr ilə mükafatlandırılıblar.

Milli Qolf Klubu sizi də qolf həyacanını hiss etmək üçün dəvət edir.

Milli Qolf Klubunun rəsmi Facebook səhifəsi.