Millimiz 9-cu oldu

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığması bu gün yarışdakı sonuncu matçını keçirib.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Təbriz Həsənovun yetirmələri 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşıb. 75-ci dəqiqədə Mikita Bilinkinin qolu ilə Belarus millisi hesabı açıb. Sona qədər mübarizə aparan futbolçularımız əsas vaxta əlavə edilmiş dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olublar. Reqlamentə əsasən qaıibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada futbolçularmız daha inamlı çıxış ediblər - 5:4. Beləcə U-19 yığmamız 9-cu sırada başa vurub.