Millimizin oyunu canlı yayımda

19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində bu gün Ukrayna ilə qarşılaşacağı oyun CBC Sport televiziya kanalında və affa.az saytında canlı yayımlanacaq.


Qrupun son turunda iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq.


Qeyd edək ki, millimizin oyunu saat 18:00-da başlayacaq.