Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.
Sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu məsələ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fevralın 20-21-də Moskvaya səfəri zamanı müzakirə olunacaq.