Müxalifət partiyaları Milli Şuranın mitinqini dəstəkləmir...

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətinə baxıb və mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib. Milli Şura sentyabrın 7-də saat 15:00-17:00-dək "İnşaatçılar” metrostansiyasının yanındakı keçmiş "Məhsul" stadionunda mitinq keçirəcək.

Bu mitinqdə digər partiyalardan da iştirak edənlər olacaqmı?

Müsavat PartiyasıMərkəzi İcra Aparatının rəhbəriGülağa Aslanlı Modern.az-abildirib ki, partiyada mitinqə qatılmaqla bağlı hansısa qərar yoxdur:

"Birgə mitinq keçirməklə bağlı Müsavat Partiyasına təklif gəlməyib. Gərək təklif gəlsin ki, biz bu məsələni müzakirə edək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvüƏli Orucovdeyib ki, partiya olaraq mitinqdə iştirak etmək üçün hansısa təklif göndərilməyib:

"AMİP olaraq biz qərarında, təşkilində iştirak etmədiyimiz heç bir aksiyada iştirak etməmişik, bundan sonra da düşünmürük. Bu baxımdan da AMİP-çilərin Milli Şuranın oktyabrın 7-də keçirəcəyi mitinqdə iştirakı gözlənilmir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki,Azərbaycanda mitinqlər daha hansısa ictimai-siyasi proseslərə təsir etmir:

"Bizə Milli Şuranın mitinqində qatılmaqla bağlı hər hansı bir təklif gəlməyib. Hər bir partiyanın özünəməxsus təşkilatlanması və siyasəti var. Partiyamızın Milli Şuranın aksiyasında iştirak etməsi, siyasi partiyalar baxımından yanlışdır. Hər bir partiya verdiyi qərarı özü icra etməlidir. Biz partiyamızın üzvlərinə mitinqə qatılmaqla bağlı hər hansı bir qadağa qoymamışıq. Bu onların hüquqlarının tapdanmasına gətirib çıxara bilər. Üzvlərimiz mitinqlərə qatılanlar olur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu müxalifətin bir arada olmasını arzulayır:

"Mtinqin şüarları yaxşıdır. Həmin şüarlara uyğun olaraq ümumxalq tədbiri keçirmək lazımdır. Bunun üçün bütün siyasi müxalifət bir arada olmalıdır. Təəssüflər olsun ki, belə bir şey yoxdu. Bu mitinq Milli Şuranın mitinqi olaraq qalır. Mitinqə çox az bir zaman qalıb, ola bilər ki, Mili Şura tərəfindən hansısa addım atılsın”.