Energetika naziri Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı müqavilənin bu gün yekunlaşdırılmasını gözləyir.
sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bunu N.Əliyev "RİA Novosti” agentliyinə açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Vyanada OPEC-lə təşkilata üzv olmayan neft ölkələrinin iclası keçiriləcək. Bu görüşün Moskvada keçrilməsi planlaşdırılsa da, daha sonra təxirə salınaraq dekabrın 10-u Vyanaya keçirilmişdi.
Noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.