Nazir qiymətlərdən şikayyətləndi

"Azərbaycanda aviaqiymətlərin əhalinin imkanlarına uyğunlaşdırılması hökumətin diqqətindədir. Biz bu məsələni uyğun qurumlarla müzakirə edirik. Hesab edirik ki, ölkəmizə turizm axınını gücləndirmək üçün bu, vacib məsələdir”. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media rəhbərləri ilə görüşündə bildirib. Nazir deyib ki, turizm obyektlərindəki qiymətlər də daha uyğun hala gətirilməlidir: "Biz buna nail olmağa çalışırıq. Azərbaycanda bu qiymətlər bahadan ucuza doğru dəyişməlidir. Hazırda üç ulduz otel və istirahət məkanları şəbəkəsinin tikilməsi prosesi gedir. Getdikcə bu qiymətlər əhalinin və qonaqlarımızın imkanlarına uyğunlaşdırılmalıdır”.