Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.33 dollar (0.59%) artaraq 56.06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.60 dollar (0.95%) bahalaşaraq 62.72 dollar olub.
Qeyd edək ki, ötən gün WTI neftinin 1 barelə görə qiyməti 53.65, Brent markalı neftin 1 barelinin qiyməti isə 58.81 dollar idi.