Neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb.

sabahinfo.az  APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar azalaraq 45,14 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 46,53 dollar olub.