1 milyona yaxın uşaq Nepaldakı zəlzələdən sonra dağılan məktəblərə
qayıda bilmir. Musavat.com xəbər verir ki, məlumatı CNN yayıb.
Məktəblərlə bağlı vəziyyəti bu gün Nepal hökuməti açıqlayıb. Məlumata görə, zəlzələ nəticəsində yüzlərlə məktəb binası dağılıb.
YUNİSEF bəyan edib ki, 950 mindən çox məktəbli binaların bərpasına qədər təhsilini davam etdirə bilməyəcək.
Musavat.com