Neymardan 100-cü qol

"Barselona"nın futbolçusu Neymar üçün İspaniya La Liqasının 29-cu turunda "Qranada" ilə oyun (4:1)əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın 90-cı dəqiqəsində fərqlənən braziliyalı hücumçu Kataloniya klubundakı 100-cü qolunu vurub. O, buqolları 177 oyunda vurub.

Qeyd edək ki, Neymar klubun tarixində 100 qol vuran 3-cü braziliyalı oyunçu olub. Bundan əvvəl Rivaldo (130 qol) və Evaristo (105) 100 qol səddinə çatıb.