Oğurlanmış bəkarət - Hekayə

Kiçik, dağınıq kafedir. Köhnədir. Ucuz yeməklər cibsizləri içərisinə doldurub. Hava qaralmağa üz qoyanda adam əlindən yer tapmaq olmur. Ucuz araqlar içib fikir dağıdanların yeridir. İçərisi idealları ölmüşlərlə doludur. Çoxsusunun isə yox idi. Hamı eyni deyildi. Aralarında özünü dərk etməyənlər də vardı. Siqaret dumanı, ucuz araqlar, bayağı musiqilər mənasız fikir burulğanını tavana, daş divarlara çırpırdı. Ölçülüb biçilmədən deyilən sözlər, qışıqırıqlar pəvazsız şəkildə ortada gəzişən yarıçılpaq qadınların nəzər-diqqətinin cəlbinə yönəlib. Sırtıq-sırtıq irişmələrin qarşılığında fahişələrdən alınan riyalı təbəssümlər də kifayət etmirdi. Dartıb masa arxasında əyləşdirirdilər. Zor gücünə dolu araq butulkalarını az qala ağızlarına boşaldırdılar. Döşəmə ləngər vurub yıxılan sərxoşlarla doluydu. Arxası üstə araq qədəhlərinin ehmalca toxunuşu ilə aşanlara ilk həyasızsacına gülənlər də yerdəkilərdi. Küy fırtınasının fonunda dırnaqlarının pedikürü ilə məşğul olan qısa ətəkli qız sakit görünürdü. Ara-sıra başını qaldırıb eyni şəkildə baş verənləri süzürdü. Qeyri-peşəkarlıqla pomada vurulmuş şişkin dodaqları, fındıq kimi burnu, eynisi olan çənəsi, iri qara gözləri, qalxıb enərkən biri-birinə sakit şəkildə əl vuran uzun kirpiklərinə heç yaraşmırdı. Ortasından partlamış uzunsov pomidora oxşayırdı. Ətli ayaqlarını üst-üstə aşırmışdı. Hərdən yarıya qədər çöldə qalmış budlarını ətəyi qısa donu ilə örtməyə çalışsa da heç nə alınmırdı. O da digər rəfiqələri kimi söz atan kişiləri yalançı dodaq qaçırtmaları ilə yola verirdi. Harada olduğunun dərkində olmayanda isə oturuşunu tamam yadından çıxarırdı. Çünki itmiş həyasının son işartısı burada onun işinə yaramırdı. İçində əsdirdiyi xatirə qasırğasının gözlərinə yansıtdığı həyat hekayəsi "bura sənin yerin deyil” pıçıldayırdı. Danışmaq istəyirdi. Nəyisə demək, "bura mənim yerim deyil” hekayəsinə inandırmaq istədiyi adamı axatarırırdı. Müştəri gözlər isə onu başa düşmürdülər. Onlardan fərqli olaraq, özünü bu hekayəyə indandıra bilmişdi. - Bura mənim yerim deyil” – qəti qərarını verdi. Qaranlıq səhrada işıq gəzərkən özünü atdığı bu ucuz kafe onu aldadan ilğım idi. İşıq axtararkən zülmətə düşmüşdü. Gedəcək başqa yeri yoxdu. Hər gün görməyə adət etdiyi başqa-başqa kişi simalarını ayrı olmasını artıq ayırd edə bilmirdi. Eyniləşmişdilər. Təhqirlər ana laylası kimi "şirinləşmişdi”. Tanrının biçdiyi əla bədəninə geyindirdiyi ehtiras təhlükəsizliyi üçün ən güclü silaha çevrilmişdi.  Yaxşı yadındadır, uşaq vaxtı məktəbdə oxuyanda oğlanların söz atmasına cavab verə bilməyəndə "Sizi atama deyəcəm” deyərək qorxutmuşdu. Qorxularının içərisində lay divar kimi sığındığı tək cənnəti vardı – atası. İndi də axtarır, hərdən də ürəyinə sonuncu ümid quşu qand çırpır: "Sizi atama deyəcəm” – ürəyində təkrarlayırdı. Yeddi saniyəlik xoş fikirlərdən ayrılmasını, həmin anlarda təbəssüm qonmuş dodaqlar və yanağından açdığı cığırla çənəsinə yuvarlanan duzlu damlalar müşyiət edirdi. Nədənsə atası tez-tez yadına düşürdü. Çuxuru su ilə dolmuş gözləri qarmaşanın içərisində həmin doğma simanı axtarır. Onlara nifrət edirdi. Atası ilə qoxutmaq istəmişdi. Lakin dilinə gətirmək istədiyi bu söz hər dəfəsində boğazında düyünlənib qalmışdı. "Sizi atama deyəcəm” - deyib sığındığı yeganə ümidi atmışdı onu bura. Ona söz atan, yubka altından əlləyən kişilərdən də atasının heç bir fərqi yoxdu. Fahişə kimi davranmışdı onunla. Atası da övlad nəvazişini ehirasları ilə qarşılamışdı. Zorla yatağına atıb qızlıq bəkarətini oğurlamışdı. Atasının bir dişlək aldığı doğma qızını yeyə-yeyə bitirirdilər. Mənsur Rəğbətoğlu