"20-dək insanın vəziyyəti kritikdir”.
Ən azı 77 nəfər Nitsada terror aktının qurbanı olub.
sabahinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.
"Nitsada yük maşını İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Məqsəd öldürmək, əzmək, məhv etmək olub. Hazırda 77 nəfər ölü var, onların arasında uşaqlar da var. 20-dək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu təkzib etmək olmaz”, - Olland xalqa müraciətində bildirib.
İyulun 14-də yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Şahidlərin sözlərinə görə, yük maşını dayanmadan təxminən iki km yol keçərək insanları əzib. Daha sonra o atəş açıb. Son məlumata görə, 80-ə yaxın adam ölüb. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib.