Oqtay Əsədov nazirə şikayətləndi: “Gərək hər dəfə kartdan pul çıxaraq?”

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.


Oqyat Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.

Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır:

"Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.(modern.az)